“Tarif müharibələrində qalib yoxdur. Dünyaya qarşı çıxmaqla siz təcrid olunmaq riski daşıyırsınız”, - Çin lideri vurğulayıb.
Onun sözlərinə görə, dünyanın ən böyük iqtisadiyyatları sırasında olan Çin və Avropa İttifaqı (Aİ) ardıcıl şəkildə iqtisadi qloballaşma və azad ticarəti dəstəkləyirlər.
- Çin və Aİ beynəlxalq öhdəliklərinə əməl etməli, qlobal ticarəti və açıq iqtisadiyyatı birgə qorumalı və birtərəfli təzyiqlərə müqavimət göstərməlidir. Bu, təkcə öz maraqlarını qorumaq üçün deyil, həm də ədalət və beynəlxalq normalara uyğunluq baxımından vacibdir”, - Si Cinpin bildirib.
Həmçinin məlum olub ki, Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri iyulda Çinin sədri Si Cinpinlə sammit keçirmək üçün Pekinə getməyi planlaşdırırlar.
“South China Morning Post” nəşrinin un məlumatına görə, bundan bir qədər əvvəl AK-nin sədri Ursula fon der Lyayen ilə Çinin baş naziri Li Tsyan arasında baş tutan danışıqda tərəflər Donald Trampın tarifləri üzündən başlayan ticarət müharibəsinin nəticələrini izləməyə razılaşıblar.
“Avropalılar ABŞ-yə gələn ucuz Çin mallarının axınının Avropaya yönləndirilə və yerli istehsalçılara təzyiqi artıra biləcəyindən xüsusilə narahatdırlar. Bununla belə, Urusla fon der Lyayen Çinə qarşı daha yumşaq mövqe tutub və bu il Çinin baş naziri ilə söhbətində insan haqları kimi bəzi ənənəvi şikayətlərdən bəhs edilməyib”, - qəzet yazıb.
![]() |
Tramp: "Ticarət müharibəsi hələ bitməyib" |
- Dünyanın iki iqtisadi fövqəldövləti arasında görünməmiş ticarət müharibəsi sürətlə böyüyür, hər iki ölkə digərinin gözünü qırpmasını gözləyir”, - telekanalın bəyanatında bildirilir.
Telekanalın 3 mənbəsi bu mövqenin Çin rəsmilərinə çatdırıldığını, lakin Pekinin dəfələrlə Si Cinpinlə Amerika lideri arasında telefon danışığının təşkil olunmasından imtina etdiyini vurğulayıblar. Trampın komandasının fikrincə, bunun səbəblərindən biri Çinin “öz zəifliyini sərgiləmək, ilk addımı atmaq və ABŞ-dən danışıqlara getməyi xahiş etmək” istəməməsidir.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq olunacağını açıqlayıb. Bu sırada Çin birinci yerdə dayanıb.
Pekinin cavab tədbirlərindən və geri çəkilməkdən imtina etməsindən sonra Tramp “dünya bazarlarına hörmətsizlik” iddiası ilə Çinə qarşı tarifləri əvvəlcə 104%-ə, sonra isə 125%-ə qaldırdı. Son nəticə olaraq, Amerikanın Çin mallarına tətbiq etdiyi rüsumların ümumi məbləği 145%-ə çatıb. Pekin bunun cavabında tarifləri 50% artırmaqla yanaşı, ABŞ-nin 12 şirkətinə ixrac nəzarəti qoydu və “etibarsız təşkilatlar” siyahısına daha altı şirkət əlavə etdi. ABŞ-nin maliyyə naziri Scott Bessent bunu “uğursuz” qərar adlandırıb.
Çinin Mərkəzi televiziyasının yaydığı son məlumata əsasən, Çinin Maliyyə nazirliyi Amerika mallarına tətbiq edilən tariflərin aprelin 12-dən 125%-ə qaldırdığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az