ABŞ immiqrantların sosial media hesablarını yoxlayacaq

ABŞ immiqrantların sosial media hesablarını yoxlayacaq
  10 Aprel 2025    Oxunub:789
ABŞ immiqrantların sosial media hesablarında antisemitizm olub olmadığını yoxlayacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Yəhudilərə qarşı dözümsüzlük, fiziki zorakılıq və təqiblər əcnəbilər üçün immiqrasiya güzəştlərinin ləğvi ilə nəticələnəcək.
Bu cür yoxlamalar daimi yaşamaq icazəsi almaq istəyənlərə, əcnəbi tələbələrə, həmçinin antisemitizm fəaliyyəti ilə bağlı təhsil müəssisələrindən gələn əcnəbilərə şamil ediləcək.

Milli Təhlükəsizlik sözçüsü Tricia McLaughlin bildirib ki, Birləşmiş Ştatlarda başqa ölkələrdən olan terror tərəfdarları üçün yer yoxdur və bizim onları qəbul etmək və ya burada qalmalarına icazə vermək öhdəliyimiz yoxdur.


Teqlər: ABŞ   Miqrasiya  





Xəbər lenti