BMT-nin qurumu Bakıdan kömək umur

BMT-nin qurumu Bakıdan kömək umur
  11 Aprel 2025    Oxunub:521
Bu il təxminən 350 milyon insanı kəskin qida çatışmazlığı ilə üzləşib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktor müavini Karl Skau bildirib.

Karl Skau deyib ki, bu, münaqişələrin artması, iqlim dəyişikliyi və iqtisadi sarsıntılarla bağlıdır: "Bunlar da ən həssas təbəqələrə təsir edir. Ona görə də qlobal ərzaq təhlükəsizliyinin gündəmdə birinci məsələ olmasında maraqlıyıq. Təssüf ki, son illər Qərbdəki ənənəvi donorlar bizə ianələrini azaldıblar. Buna görə də biz həqiqətən fəal şəkildə yeni tərəfdaşlar axtarmalıyıq. Biz keçən il Bakıda keçirilən iqlim görüşündə - COP29-da iştirak etdik, hökumətlə əla görüşlər keçirdik və hökumətlə bu tərəfdaşlığı dərinləşdirməyi səbirsizliklə gözləyirik. Biz gözləyirik ki, hər bir ölkə, o cümlədən Azərbaycan bu çətin anlarda bizə kömək edəcək".



Teqlər:





Xəbər lenti