Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb - YENİLƏNİB

   Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb -  YENİLƏNİB
  12 Aprel 2025    Oxunub:602
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a məlumat verilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

* * *

10:09
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "X" hesabında məlumat yayıb.

Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

AzVision.az


Teqlər: MN  





Xəbər lenti