Uitkoff Moskvaya səfər edib

   Uitkoff Moskvaya səfər edib
  11 Aprel 2025    Oxunub:621
ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkofa məxsus olduğu iddia edilən təyyarə Rusiyaya enib.
AzVision.az xəbər verir ki, Rusiyanın aviasiya xidmətinə istinad edən “İnterfax” agentliyinin yazdığına görə, bir gün əvvəl Mayamidən havaya qalxan “Biznes-jet” təyyarəsi artıq Rusiyaya enib. Açıq mənbələrdə bu təyyarədən Stiven Uitkoffun istifadə edildiyi bildirilir.

Bundan əvvəl vəziyyətlə tanış olan mənbəyə istinad edən “Axios” portalı Donald Trampın xüsusi nümayəndəsinin Rusiyaya uçduğunu və onun cümə günü prezident Vladimir Putinlə görüşə biləcəyini yazıb.

Portal həmçinin Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalına diqqət çəkib. Onun fikrincə, Tramp Ukraynada atəşkəs danışıqlarında irəliləyişin olmamasından narazıdır və bu yaxınlarda Moskvanın mövqeyindən “qəzəbləndiyini” söyləyib.

“Əgər bu ayın sonuna qədər atəşkəs razılaşması əldə olunmasa, Tramp ya icra sərəncamı ilə, ya da Konqresdən yeni sanksiya qanunlarının qəbulunu tələb etməklə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər”, - portal məsələ ilə bağlı anonim mənbədən sitat gətirir.

“Axios” qeyd edir ki, bu, Uitkoff və Putin arasında üçüncü görüş olacaq. ABŞ-nin Dövlət departamenti Trampın xüsusi nümayəndəsinin Rusiyaya bu səfəri ilə bağlı portalın şərh barədə sorğusuna cavab verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uitkoff   Rusiya   Putin  





Xəbər lenti