![]() |
Siyarto: "İki həftəyə sülh bərqərar ola bilər" |
Baş nazirin sözlərinə görə, Avropa liderləri öz pis strategiyasının nəticələrinin bədəlini ödəmək üçün lazım olan vaxtı uzatmaq istəyirlər. "Lakin onlar təəssüf ki, sülhdən daha çox döyüşün davam etdirilməsinin tərəfdarıdırlar", - siyasətçi qeyd edib.
Siyarto vurğulayıb ki, Macarıstan da ABŞ kimi yalnız sülhdə maraqlıdır.
Bundan əvvəl məşhur irlandiyalı jurnalist Çeyz Bouz da oxşar mövzuda diqqət çəkən fikirlər səsləndirmişdi. O deyib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparsa da, Avropa ölkələri müharibənin davam etdirilməsini istəyir. Onun fikrincə, Avropanın Ukraynadakı döyüşləri dayandırmaq istəməməsi getdikcə daha aydın görünür.
Tural Tağıyev
AzVision.az