Gürcüstan Prezidenti Azərbaycan səfirini qəbul edib

Gürcüstan Prezidenti Azərbaycan səfirini qəbul edib
  11 Aprel 2025    Oxunub:382
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə tanışlıq görüşü keçirib.
AzVision.az xəbər verir ki, məlumatı Mixail Kavelaşvilinin mətbuat xidməti yayıb.

“Tərəflər ölkələr arasında sıx dostluq münasibətlərini müsbət qiymətləndirib və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər”.

Görüşdə regionun sabit və dinc inkişafının vacibliyi qeyd edilib. Mixail Kavelaşvili bəyan edib ki, dünyada davam edən münaqişələr, tarif müharibələri, geosiyasi gərginliklər fonunda regionda sabitliyin və sülhün qorunması daha da vacib xarakter alır.

Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji tərəfdaşlığın daha dinamik olmasına hazır olduqlarını bildiriblər.

Gürcüstan prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Gürcüstan prezidentinin aprelin 15-16-da Azərbaycan Respublikasına planlaşdırılan ilk rəsmi səfərinin təfərrüatlarına da toxunulub”, - Mixeil Kavelaşvilinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti