Elçin Əmirbəyov: “Ermənistan Konstitusiyası dəyişməlidir

      Elçin Əmirbəyov:    “Ermənistan Konstitusiyası dəyişməlidir
  10 Aprel 2025    Oxunub:751
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "İsveç Radiosu"na müsahibə verib.
AzVision.az xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edib.

O, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini önə çəkib, Ermənistanın sülhün bərqərar olması üçün yaranmış imkandan faydalanmalı olduğunu bildirib.

E.Əmirbəyov hazırki durumda Ermənistanın əsl niyyəti ilə bağlı ciddi sualların qaldığını, Azərbaycanda bu ölkəyə qarşı inamsızlığın əsaslı olduğunu qeyd edib.

O, habelə sülh prosesi kontekstində Ermənistandan qovulmuş çoxsaylı azərbaycanlılarının hüquqları məsələsini də qabardıb.

Elçin Əmirbəyov bildirib ki, Prezidentin açıqlamaları Azərbaycanın Ermənistan ərazisinə ərazi iddialarının olması kimi başa düşülməməlidir.

Sitat: “Biz Qərbi Azərbaycan dedikdə bugünkü Ermənistan ərazisinə heç bir ərazi iddiamızı irəli sürmürük və belə bir iddiamız yoxdur. Biz sadəcə bildiririk ki, bu ərazilər tarixən Azərbaycan torpaqları olub və orada azərbaycanlı əhali çoxluq təşkil edib".

Aparıcının "lakin Ermənistanda insanlar Azərbaycanın rəhbərliyinə etibar etmirlər" replikasına Elçin Əmirbəyov belə cavab verib: “Biz də Ermənistana etibar etmirik".

Sitat: “Təəssüf ki, biz onların real niyyətlərinə dair ciddi və tam əsaslı narahatlıqlara sahibik".

Əmirbəyov bildirib ki, sülh sazişinin imzalanması üçün mövcud olan “pəncərə” bağlana bilər və Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi qüvvədə qalır.


Teqlər: Elçin-Əmirbəyov  





Xəbər lenti