Naxçıvanın enerji potensialı müzakirə edilib

   Naxçıvanın enerji potensialı müzakirə edilib
  11 Aprel 2025    Oxunub:475
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, - paylaşımda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti