Mövqelərimiz atəşə tutulub

   Mövqelərimiz atəşə tutulub
  12 Aprel 2025    Oxunub:479
Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Müdafiə Nazirliyindən AzVision.az -a məlumat verilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər: MN  





Xəbər lenti