Rəfael Piriyev istintaqa çağırılıb

Qeyd olunub ki, R.Piriyevin 2020-ci il sentyabrın 7-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu il aprelin 19-dan avqustun 7-dək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “yutub” və “feysbuk” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 2020-ci il sentyabrın 7-də barəsində axtarış elan edilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
R.Piriyevə xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
AzVision.az
Teqlər: