Azərbaycan-Rusiya hərbi təhsil əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycan-Rusiya hərbi təhsil əməkdaşlığının perspektivləri müzakirə edilib
  12 Aprel 2025    Oxunub:439
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi, tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Müdafiə Universitetində (MMU) olub.
AzVision.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Rusiyalı qonaqlara MMU-nun yaranma tarixindən, təhsil sistemindən, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub.

Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   MMU  





Xəbər lenti