Çindən Trampa ağır cavab

   Çindən Trampa ağır cavab
  11 Aprel 2025    Oxunub:562
ABŞ Prezidenti Donald Trampın Çin mallarına rüsumların 145%-dək artırılması qərarına cavabən rəsmi Pekin ABŞ-dən idxala tarifləri 125%-ə qaldırıb.
Çinin Maliyyə Nazirliyinin bəyanatında vurğulanır ki, bu addım beynəlxalq təchizat zəncirlərini riskə atan ticarət müharibəsi fonunda baş verir.

"ABŞ-nin Çinə qeyri-adi dərəcədə yüksək tariflər irəli sürməsi beynəlxalq iqtisadi-ticari qaydaları, əsas iqtisadi qanunları və sağlam düşüncəni ciddi şəkildə pozur. Bu, tamamilə birtərəfli zorakılıqdır", - bəyanatda bildirilir.

Xatırladaq ki, Donald Tramp bir sıra digər ölkə üçün irəli sürdüyü "qarşılıqlı rüsumlar"ın əksəriyyətini dayandırsa da, bu ölkənin ikinci ən böyük idxalçısı sayılan Çinə qarşı tarifləri 145%-dək artırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   ABŞ   tarif-müharibəsi  





Xəbər lenti