Çİn ABŞ-də yeni nəsil qırıcıların istehsalını əngəlləyir - VİDEO

   Çİn ABŞ-də yeni nəsil qırıcıların istehsalını əngəlləyir  - VİDEO
  11 Aprel 2025    Oxunub:819
Amerikanın ən son “F-47” qırıcı təyyarələrinin istehsalı layihəsinin taleyi Pekinin artıq məhdudiyyətlər qoyduğu nadir torpaq metallarının Çindən tədarükündən asılıdır.
AzVision.az xəbər verir ki, “Newsweek” nəşrinin yazdığına görə, Pekin ABŞ-nin müdafiə sənayesi üçün kritik olan materiallara nəzarət edən güclü mövqedədir.

“Çin ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) yeni nəsil donanmasının əsasını təşkil edəcək qırıcı təyyarənin açarı olan nadir torpaq metallarına ixrac məhdudiyyətləri qoyub. Tramp “F-47” qırıcısını “F-22 Raptor”-un varisi kimi tərifləyir. Bununla belə, qırıcı təyyarələrin yaradılması layihəsi olan Next Generation Air Dominance (NGAD) proqramının həyat qabiliyyəti əsasən Çinin istehsal etdiyi materiallardan asılıdır”, - qəzet vurğulayır.

Qəzet bildirir ki, söhbət samarium, qadolinium, terbium, disprosium, lutesium, skandium və ittrium kimi yüngül və ağır nadir torpaq metallarından gedir. Məsələn, itrium yüksək tezlikli radar sistemləri və yüksək dəqiqlikli lazerlər üçün vacibdir və o, həmçinin uçuş zamanı döyüş təyyarəsi mühərriklərinin əriməsinin qarşısını alır.

- Tramp Çinə tariflərin tətbiqini davam etdirsə, ABŞ-nin texnologiya şirkətlərinin ehtiyac duyduğu litium və nadir torpaq elementlərini əldə gətrimək çətinləşə bilər”, - bundan əvvəl “Associated Press” agentliyi bildirmişdi.

Pekin Avropaya Trampa qarşı birləşməyi təkilf edir
Qeyd edək ki, martın sonunda Donald Tramp ABŞ-nin məxfi şəkildə yeni “F-47” qırıcısının eksperimental versiyasını sınaqdan keçirdiyini açıqlayıb. Onun iddiasına görə, “indiyədək hazırlanmış ən qabaqcıl, güclü və ölümcül döyüş təyyarəsi” olacaq F-47-nin istehsalı ilə bağlı sifarişi “Boeing” konserni alacaq.

Xatırladaq ki, aprelin 2-dən Donald Trampın başladığı “tariflər savaşı” nəticəsində ABŞ ilə Pekin arasında rüsumlar qarşıdurması, demək olar ki, pik həddə çatıb. Hazırda hər iki tərəfin bir-birinin idxal mallarına tətbiq etdikləri rüsumalr müvafiq qaydada 145% və 125% faizə qədər qaldırılıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   F-47  





Xəbər lenti