“2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bu, IAC tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulmuş Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşıb. Sidneydə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub. Bu il Azərbaycan elmi məqalələrin sayına görə digər ölkələr arasında ABŞ-dan sonra ikinci yerdə gəlir”, - deyə İmran Muxtarov əlavə edib.
Bu günədək Azərbaycan Kosmik Akademiyasının 340 orta məktəblə əməkdaşlıq əlaqələri qurduğunu deyən KOSMİK Akademiyanın rəhbəri 14 universitet və 2200 tələbə ilə sıx əməkdaşlıq etdiklərini bildirib: “Həmçinin, akademiya 9 gənclər təşkilatı ilə birgə layihələr həyata keçirir. 6 aydır fəaliyyət göstərən KOSMİK Akademiya artıq 8 beynəlxalq layihə həyata keçirib”.
AzVision.az