Ceyhun Bayramov Antalyada Ararat Mirzoyanla görüşür

   Ceyhun Bayramov Antalyada Ararat Mirzoyanla görüşür
  12 Aprel 2025    Oxunub:472
Antalyada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında qapalı görüş başlayıb.
AzVision.az Rusiyanın “Tass” agentliyinə istinadən bildirir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bununla bağlı açıqlama verib.

“Mən Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Antalyada görüşün başladığını təsdiqləyirəm. Görüşün təfərrüatlarını daha sonra təqdim edəcəyəm”, - Badalyan deyib.

İki ölkənin Xarici İşlər nazirləri görüşdə sülh prosesi üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan nümayəndə heyətinin təmsilçisi jurnalistlərə xəbərdarlıq edib: “Bu, qapalı görüşdür”. Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan da jurnalistlərin yanından keçərək danışıqlar üçün hazırlanmış xüsusi otağa daxil olub.

Xatırladaq ki, nazirlərin əvvəlki görüşü ötən ilin oktyabrında İstanbulda baş tutub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayramov   Mirzoyan   görüş  





Xəbər lenti