İqtisadiyyat cüzi böyüyüb

ÜDM istehsalının 37 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 %-ni təşkil etmişdir.
3 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 2 922 manat olub.
AzVision.az
Teqlər: