Ermənistan-Türkiyə sərhədi açılacaqmı?

   Ermənistan-Türkiyə sərhədi açılacaqmı?
  11 Aprel 2025    Oxunub:477
Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş baş tutub.
"RİA Novosti" xəbər agentliyinin məlumatına görə, onlar görüşün yekununda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Sərdar Kılıç Ermənistan-Türkiyə sərhədinin nə vaxt açılacağı ilə əlaqədar suala cavabında "Bu məsələdə hər hansı irəliləyiş yoxdur" deyib.

"Rəsmi Ankara bu prosesi irəliyə aparmaq istəyir, Ermənistanla mütəmadi təmasdadır, ancaq hazırda danışıqlar üçün konkret tarix müəyyənləşdirilməyib", - xüsusi nümayəndə vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan   sərhəd   danışıqlar  





Xəbər lenti