Prezidentə JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB

   Prezidentə JF-17C təyyarələri təqdim olunub -  YENİLƏNİB
  25 Sentyabr 2024    Oxunub:369
Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Bu təyyarələr artıq Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Təqdimat Heydər Əliyev Beynəlxalq Aeroportunda olub. Məlumata görə, təyyarə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti