Kobaxidzenin Baydenlə görüşü ləğv edilib

   Kobaxidzenin Baydenlə görüşü ləğv edilib
  25 Sentyabr 2024    Oxunub:286
Vaşinqton Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyində nümayəndə heyətinin bu gün Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvətini geri götürüb.
Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib. O bildirib ki, Kobaxidzenin Prezident Co Baydenin rəsmi qəbulunda iştirakından, o cümlədən nümayəndə heyəti ilə bütün gözlənilən görüşlərdən imtina olunub.

Sallivanın sözlərinə görə, bu qərar Gürcüstanın "demokratiyaya zidd bəyanatları" ilə əlaqədardır.

Xatırladaq ki, İrakli Kobaxidze mayda mübahisəli "xarici agentlər" qanun layihəsini geri götürməklə bağlı Vaşinqtonun tələbi fonunda ABŞ-yə səfərdən imtina etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Gürcüstan  





Xəbər lenti