Türkiyədə təyyarə qəzaya uğrayıb - Ölənlər var

   Türkiyədə təyyarə qəzaya uğrayıb -    Ölənlər var
  23 Sentyabr 2024    Oxunub:307
Türkiyənin Bursa şəhərinin Yenişehir hava limanında təlim-məşq təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Bursa İcra Hakimiyyəti açıqlama yayıb.

Qəzada həyatını itirən pilotların Ünal Aster (61) və Əmir Gülal Nalcı (42) olduğu bildirilib.

Məlumata görə, təyyarə özəl uçuş məktəbinə aid olub. Hələlik hadisənin digər detalları barədə məlumat verilmir. Faktla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.




Həmidə İbrahimova
AzVision.az



Teqlər: Türkiyə   təyyarə   qəza  





Xəbər lenti