İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəfat edib

   İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəfat edib
  25 Sentyabr 2024    Oxunub:309
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edib.
AzVision.az agentliyə istinadən xəbər verir ki, o, dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.

K.Həsənov 1961-ci ildə Saatlı rayonunda anadan olub. O, uzun illər "Azərsu" ASC-nin sədr müavini işləyib, daha sonra sədr vəzifəsini müvəqqəti icra edib. Allah rəhmət etsin!

AzVision.az


Teqlər:





Xəbər lenti