İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunu vurdu - VİDEO |
İsrail ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, indiyədək Livanda 300-dən çox Hizbullah hədəfi vurulub. Buna cavab olaraq Hizbullah İsrailin hərbi postlarına raket zərbələri endirib.
Qeyd edək ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.
Həmidə İbrahimova
AzVision.az