"Hizbullah" yüksək rütbəli komandirinin ölümünü təsdiqlədi

 "Hizbullah" yüksək rütbəli komandirinin ölümünü təsdiqlədi
  25 Sentyabr 2024    Oxunub:336
"Hizbullah"ın yüksək rütbəli komandiri İbrahim Kubeysi çərşənbə axşamı İsrailin Beyrutun cənubuna endirdiyi zərbə nəticəsində ölüb.
Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
KİV-in məlumatına görə, Kubeysi "Hizbullah"ın raketlərə nəzarət şöbəsinin komandiri olub.

İsrail Beyruta zərbə endirib - VİDEO
Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında İsrail təyyarələri Beyrutun cənub hissəsindəki yaşayış binasını vurub. Nəticədə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yerli media zərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin komandirinin xəsarət aldığını yazsa da, İsrail KİV-i Kubeysinin aradan götürüldüyünü iddia edirdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hizbullah   İsrail  





Xəbər lenti