Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir

   Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir
  23 Sentyabr 2024    Oxunub:391
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə sonuncu kurs bakalavr tələbələr, magistrlar və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir.
Proqram, istedadlı gənclərə beynəlxalq əlaqələr və mədəniyyət sahəsində professional iş təcrübəsi, dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq. Bununla yanaşı, təcrübə proqramında iştirak edən gənclər, sahə üzrə mütəxəssislərlə birgə dinamik komandada çalışacaq və mədəniyyət sahəsində hökumətlərarası beynəlxalq təşkilatlarla fəaliyyətlərin təşkilində yaxından iştirak edəcəkdir.

Proqramın məqsədi:
• Gənclərin beynəlxalq münasibətlər və mədəniyyət sahəsində bilik və bacarıqlarını artırmaq
• Mədəniyyət sahəsində peşəkar inkişaf və karyera imkanlarını genişləndirmək
• Beynəlxalq layihələrin təşkilində gənclərin töhfəsini təşviq etmək
• Sahə üzrə kadr potensialını inkişaf etdirmək
Tələblər:
• Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, idarəçilik və ya əlaqəli sahələr üzrə təhsil
• Əla səviyyədə ingilis və azərbaycan dil biliyi (Qeyd: Əlavə dil bilikləri üstünlükdür)
• Yüksək kommunikasiya və analitik düşünmə bacarığı
• Komandada işləmək bacarığı və təşəbbüskarlıq
• Ofis proqramlarında işləmə bacarıqları
• Ümumi dünyagörüşü və məlumatlılıq
• Operativlik, məsuliyyət və yüksək intizam
• Həftədə 5 dəfə olmaqla tam/yarım iş günü çərçivəsində 3 ay müddətində AR Mədəniyyət Nazirliyində fiziki olaraq fəaliyyət göstərmək
Vəzifələr:
• Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək
• Tədqiqat və analitik işlərin icrası, konseptlərin və təqdimatların hazırlanması
• Xarici tərəfdaşlarla əməkdaşlıq və koordinasiya işlərinin aparılmasına dəstək
• Tələb olunacaq digər texniki işlərin icra olunması
Gələcəyini bizimlə quraraq mədəniyyət sahəsinin inkişafına və Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə vermək istəyən gənclər, aşağıdakı qeydiyyat formasını doldurmaqla təcrübə proqramına qoşula bilər!
Proqrama iştirakçıların seçimi test və müsahibələrdən ibarət bir neçə mərhələdə aparılacaq.

Son müraciət tarixi: 10 oktyabr 2024-cü il

Qeydiyyat üçün: https://azvision.az/redirect.php?url=http://bit.ly/3AQfPV2

AzVision.az


Teqlər:





Xəbər lenti