Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib
  22 Sentyabr 2024    Oxunub:333
Azərbaycanın Xarici İşlər Nazirliyi kömür mədənində baş vermiş partlayışda həyatını itirənlərə görə İrana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

“İran xalqına və hökumətinə, eləcə də Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, - deyə, paylaşımda bildirilir.

Qeyd edək ki, İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

AzVision.az


Teqlər:





Xəbər lenti