Mehriban Əliyevanın iştirakı ilə “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

Mehriban Əliyevanın iştirakı ilə “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  23 Sentyabr 2024    Oxunub:327
Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki ,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

AzVision.az



Teqlər:





Xəbər lenti