"İsrailin irimiqyaslı hücumlarını qətiyyətlə pisləyirik" - Zaxarova

   "İsrailin irimiqyaslı hücumlarını qətiyyətlə pisləyirik"  - Zaxarova
  24 Sentyabr 2024    Oxunub:269
"Moskva İsrailin Livana qarşı həyata keçirdiyi irimiqyaslı hərbi hücumları qətiyyətlə pisləyir".
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
Diplomat Livanda vəziyyətin kəskin şəkildə gərginləşməsinin Rusiyada dərin narahatlıq doğurduğunu vurğulayıb.
“Sentyabrın 23-də İsrail rəhbərliyi "Hizbullah" hərəkatının hərbi infrastrukturunu sarsıtmaq məqsədi ilə TSAXAL-ın hücum əməliyyatına başladığını elan etdi. İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə kütləvi hava zərbələri endirməyə başlayıb. Ölkənin cənubunda və şərqində onlarla yaşayış məntəqəsi hücuma məruz qalıb. "Hizbullah" da öz növbəsində İsraildəki hərbi hədəflərə raket hücumlarını gücləndirib. Livana qarşı həyata keçirilən genişmiqyaslı hərbi hücumları qətiyyətlə pisləyirik", - o qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti