"Zelenski tarixin ən yaxşı taciridir!" - Tramp

   "Zelenski tarixin ən yaxşı taciridir!"    - Tramp
  24 Sentyabr 2024    Oxunub:293
"Ukrayna prezidenti Volodimir Zelenski tarixin ən yaxşı taciri sayılır. O, ABŞ-yə hər səfərindən sonra ölkəmizi milyardlarla dollarla tərk edir”.
Bu fikirləri ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə deyib.

O, Kiyev rəhbərini alverçi adlandırmaqla yanaşı Vaşinqtondan qopardığı məbləğləri də açıqlayıb: "Hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla çıxıb gedir”.

Trampın sözlərinə görə, Zelenski demokratların namizədi olan Kamala Harrisin seçkilərdə qalib gəlməsini istəyir: "Çünki onlardan maliyyə yardımı alır. Seçkidə qalib gəlsəm, Ukrayna və Rusiyanı danışıqlara sövq etməyə çalışacağam".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti