"İran artıq nüvə silahına malikdir" - Hakobyan
Fikrimcə, Tehranın bu mövqeyi daha çox taktiki gedişdir. İran artıq nüvə silahına malikdir. Rəsmi Tehran sadəcə bunu etiraf etmir. Əlbəttə belə bir silahın olub bəyan edilməməsi qəribə görünə bilər. Amma belə bir variant da mümkündür. Çünki nüvə silahı dalğalana bilən bayraq deyil. Nüvə silahları geosiyasi status-kvo sayılır. İran nüvə silahına malik olduğunu bəyan etsə, ən azı iki dövlət nüvə silahına sahib olmaq hüququndan açıq şəkildə danışacaq. Bunlar Türkiyə və Səudiyyə Ərəbistanıdır. Bu isə Qərb üçün yeni problemə və başağrısına çevriləcək”.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran