"ASAN Akademiya – 2024" layihəsi başa çatıb

"ASAN Akademiya – 2024" layihəsi başa çatıb
  25 Sentyabr 2024    Oxunub:303
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "bp" şirkətinin dəstəyi ilə həyata keçirilən "ASAN Akademiya - 2024" layihəsi başa çatıb.
​Bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "bp" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev iştirak ediblər.

​4 ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. Tədris prosesində komanda quruculuğu, liderlik, kommunikasiya və komanda işinin inkişafına yönəlmiş seminarlar, praktiki təlimlər keçirilib.

​Layihə karyera pillələrində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclərə innovativ yanaşmalarla dəstək olmağı hədəfləyir. Bundan sonra iştirakçılar üçün mentorluq proqramı təşkil ediləcək və onlar müxtəlif müəssisələrdə yeni biliklərə yiyələnmək məqsədilə təcrübə proqramlarına yönləndiriləcəklər.

​Əsas məqsəd gənclərin əmək fəaliyyətlərinin artırılması, karyeralarında irəliləmələri üçün təkan verilməsi, onların intellektual potensialının düzgün dəyərləndirilməsidir. Eləcə də sosial aktivlikliyi artırmaqla Respublikamızda gedən inkişafa töhfə verməyə şərait yaratmaq əsas hədəflərdəndir.

​Tədbir çərçivəsində 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər. 7 dəfə həyata keçirilən bu layihəyə 6500-dən çox müraciət olub, 330 nəfər isə iştirakçı qismində iştirak edib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti