Yağış yağacaq, güclü külək əsəcək

  Yağış yağacaq, güclü külək əsəcək
  24 Sentyabr 2024    Oxunub:272
Sentyabrın 25-də Azərbaycanda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək, bu, sarı xəbərdarlığa uyğundur.

Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

AzVision.az




Teqlər:





Xəbər lenti