Bayden BMT Baş Assambleyasında yekun çıxışını edib

   Bayden BMT Baş Assambleyasında yekun çıxışını edib
  24 Sentyabr 2024    Oxunub:266
BMT Baş Assambleyasının 79-cu sessiyasında qlobal çağırışlara toxunan Bayden birgə işləməyin vacibliyini vurğulayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, o, diplomatik səylərin davam etdirilməsi lazım olduğunu bildirərək Qəzzadakı humanitar böhrana xüsusilə diqqət çəkib.

Bayden Qətər və Misirə atəşkəs və girov razılaşması təklif etdiklərini, bu razılaşmanın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini deyib.

O İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün iki dövlətli həllin əhəmiyyətinə də toxunub və Yaxın Şərqdə sülh prosesinin davam etməli olduğunu vurğulayıb.

Çıxışı zamanı İranın nüvə məsələsinə də toxunan Bayden, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyəti süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsini təmin etmək üçün əməkdaşlığa dəvət edib.

Bayden dünya liderlərini və beynəlxalq ictimaiyyəti sülh və ədalət naminə birgə işləməyə çağıraraq, onlara bəşəriyyətə xidmət etməyi heç vaxt unutmamalı olduqlarını xatırladıb.

AzVision.az



Teqlər:





Xəbər lenti