Zelenski ABŞ-də dünya liderləri ilə görüşlər keçirib

Zelenski ABŞ-də dünya liderləri ilə görüşlər keçirib
  24 Sentyabr 2024    Oxunub:375
ABŞ-də səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bir neçə dövlət başçısı ilə danışıqlar aparıb. Məqsəd Kiyevə dəstəyi gücləndirməkdir.
Ukrayna prezidentinin "X" sosial şəbəkəsindəki səhifəsində yayılan məlumata görə, o, Yaponiyanın baş naziri Fumio Kişida, Hindistanın baş naziri Narendra Modi, eləcə də Paraqvay prezidenti Santiaqo Pena ilə görüşlər keçirib.

"Müharibənin sonu düşündüyümüzdən də yaxındır" - Zelenski
Xüsusilə, Kişida ilə görüş diqqət çəkib. Görüşdə Rusiyanın ardıcıl hücumlarından sonra Ukraynada elektrik enerjisinin bərpası və qışa hazırlıq məsələləri müzakirə olunub. Zelenski həmçinin Yaponiyanın hazırladığı yeni enerji yardımı paketinə görə təşəkkür edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski  





Xəbər lenti