Bir günə 2030 hərbçi itirdilər

Bir günə    2030    hərbçi itirdilər
  24 Sentyabr 2024    Oxunub:363
Ukrayna ordusu sutka ərzində döyüş zonasında 2030-a qədər hərbçi itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumatda qeyd edilib ki, “Cənub” qoşun qrupu 810, “Mərkəz” 555, “Qərb” qoşunları 420, “Şərq” qrupu isə 130-a qədər əsgəri məhv edib: "Şimal" qoşun qrupunun məsul olduğu bölgədə 65 nəfər həlak olub. "Dnepr" qrupunun məsuliyyət zonasında isə Ukrayna Silahlı Qüvvələrinin itkiləri 50-yə çatıb".

ABŞ Kiyevə 375 milyon dollarlıq hərbi yardım paketini elan edəcək
Rusiya MN ümumilikdə müharibə başlayandan bu günə kimi olan itkiləri də açıqlayıb. 646 təyyarə, 283 helikopter, 32 187 pilotsuz uçuş aparatı, 579 zenit-raket kompleksi, 18 343 tank və digər zirehli döyüş texnikası, 1 458 reaktiv buraxılışlı döyüş maşını, 15 150 səhra artilleriya silahı və minaatan, 26 436 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İtki  





Xəbər lenti