Gəncədə “Gənclər Günü” qeyd olunub
Elmar Vəliyev gəncləri bayram günü münasibəti ilə təbrik edib. Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan söz açıb, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən danışıb.
Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, ümumilikdə şəhərdə gənclərin sayı 93.808 nəfərdir. Bu isə şəhər əhalisinin 31%-ni təşkil edir.
Daha sonra tədbirdə açıq mikrafon vasitəsi ilə gənclərin fikirləri dinlənilib, onların müraciət, təklif və şikayətlərinə baxılıb.
Xüsusilə şəhid ailələri və Qarabağ əlillərinin övladlarına, ailə vəziyyəti ilə problemi olanlara və valideyinlərini itirmiş 37 tələbəyə təhsil haqlarının ödənməsinə yardım edilib, 10-dan artıq gənc işlə təmin edilib, bundan başqa küçələrinə avtobus xətlərinin uzadılmasını istəyənlərin və bir sıra başqa müraciətlərin həll olunması üçün icra başçısı aidiyyatı qrum rəhbərlərinə yerindəcə tapşırıqlarını verib.
Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və 2 Fevral – Gənclər Günü münasibəti ilə 35 gənc Gəncə şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub.
AzVision.az
Teqlər: Gəncə