İrəvanda siqaret aludəçiləri etiraz aksiyası keçirib - VİDEO
İrəvan sakinləri hesab edirlər ki, hökumətin məqsədi siqaretlə mübarizə aparmaq deyil, büdcəni xalqın hesabına doldurmaqdır.
Qeyd edək ki, Ermənistanın Səhhiyə Nazirliyi ictimai yerlərdə siqaret çəkilməsinə görə yüksək cərimələr təklif edir. Restoranlarda, ticarət və əyləncə mərkəzlərində, məktəb və universitetlərdə, tibb müəssisələrində siqaret çəkilməsinə görə 250 min dram cərimə nəzərdə tutulub.
Sakinlərin fikrincə, hökümət bu cür sərt üsullar tətbiq etmək əvəzinə, siqareti tərgitmək üçün bərpa mərkəzləri yaratmalıdır.
Alpər Mövlüdoğlu
AzVision.az
Teqlər: Ermənistan İrəvan Etiraz Aksiya Siqaret