FHN-dən Bayıldakı vəziyyətlə bağlı açıqlama
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
“Monitorinq başa çatandan sonra nəticələri ictimaiyyətə açıqlanacaq. Hələki əraziyə baxış keçirilir. Oradakı evlərlə bağlı qərar monitorinq əsasında veriləcək”.
Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi olan 90-a yaxın ev müəyyən edilib. 80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb.
Aytən Zəhra
AzVision.az