Çexiya XİN: “Azərbaycan mühüm tərəfdaşdır”
Məktubda 2015-ci ildə Strateji Əməkdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. E. Məmmədyarov Çex Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair prinsipal mövqeyinə görə minnətdalığın ifadə edib.
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek isə məktubunda iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətləri təqdir edərək Azərbaycanın mühüm tərəfdaş olduğu və Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini söyləyib.
AzVision.az
Teqlər: Çexiya XİN Azərbaycan