Azərbaycanda dərman satışı ilə bağlı yeni qadağa
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddəyə yeni-13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Qanun Dərman Qadağa