Jurnalistlərə görə marşrutun istiqaməti dəyişdirildi
"Dəyişiklik edilməsi haqqında qərar, “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir",- deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 3 fevral tarixindən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.
AzVision.az
Teqlər: BNA