Məzarlıqlarla bağlı sənədin gecikməsinin səbəbi

Məzarlıqlarla bağlı sənədin gecikməsinin səbəbi
  01 Fevral 2018    Oxunub:1433
Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, Ə. Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.

Onun sözlərinə görə, sənədin son variantının hansı formatda ortaya çıxması ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Yaxın vaxtlarda sənəd imzalanacaq".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Əli-Əhmədov   Məzarlıq  





Xəbər lenti