Bakı, Gəncə və Naxçıvanda Hərbi Kolleclər yaradılıb

   Bakı, Gəncə və Naxçıvanda Hərbi Kolleclər yaradılıb
  23 May 2024    Oxunub:891
Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə, Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

Kollecin rəisləri universitet rektorunun təqdimatına əsasən, müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   hərbi-kollec  





Xəbər lenti