Rusiyanın ABŞ raketləri ilə vurulacaq zonalarının xəritəsi göstərilib

   Rusiyanın    ABŞ raketləri ilə vurulacaq zonalarının xəritəsi    göstərilib
  23 May 2024    Oxunub:1089
ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü Ukraynanın Amerika silahları ilə Rusiya ərazisində hədəfləri vurmasına icazə verilməsi barədə hökumətə müraciət edib.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol Dövlət katibi Entoni Blinkeni Kiyevə Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməsinə qoyulan qadağanı ləğv etməyə çağıraraq, ona həmin ərazilərin xəritəsini də göstərib. Xəritədə ABŞ-nin Ukraynanə təchiz etdiyi ATACMS raketlərinin vura biləcəyi zona göstərilib və bu ərazilər müvafiq video kanalın “C-SPAN” saytında dərc edilib.

“Bu, Amerika silahının zərbələri üçün rusların yaratdığı qadağan olunmuş ərazidir. Moskva orada artilleriya və raket sistemlərini bilavasitə Ukrayna sərhədinin yaxınlığında yerləşdirir, sonra isə ukraynalılara hücum üçün istifadə edirlər”, - Maykl Makkol Xarici Əlaqələr Komitəsində müzakirəlrə zamanı deyib.

Bununla bağlı o, Blinkendən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsinə qadağa qoyulması siyasətinə yenidən baxıb-baxmayacağını soruşsa da, cavab verməkdən yayınan Dövlət katibi belə qərarların Kiyevin tərəfi tərəfindən verməli olduğunu deyib. O, həmçinin Konqresin Kiyevi lazımi silahlarla təmin edəcəyinə ümidvar olduğunu söyləyib. Blinkenin sözünü kəsən Makkol isə Konqresin belə zərbələrə qadağa qoymadığını xatırladaraq, bundan sonra həmin qadağanı ləğv etməyə çağırıb.

Mən ukraynalılarla danışıram. Konqresin deyil, məhz sizin qoyduğunuz məhdudiyyətlərlə onlar qələbə qazana bilməzlər. Ümid edirəm ki, siz bunu Milli Təhlükəsizlik Müşavirinə çatdıracaqsınız və Ukrayna, Ukrayna xalqı üçün çox təhlükəli və zərərli olan bu siyasi qərarı dəyişdirəcəksiniz” , - Makkol öz iradını çatdırıb.

Bundan bir gün əvvəl isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törnerin başçılıq etdiyi bir qrup amerikalı konqresmen ünvanladıqları məktubda ABŞ-nin müdafiə naziri Lloyd Ostini Ukraynaya Vaşinqton tərəfindən ötürülən silahlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyə icazə verməyə çağırıb.

Həmin müraciətdə Turner və digər konqresmenlər təklif edirlər ki, AğEv administrasiyası administrasiyası “müəyyən şəraitdə Rusiya ərazisində strateji hədəflərə zərbə endirmək üçün ABŞ-nin Kiyevə ötürdüyü silahlardan istifadə etməyə icazə versin”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ konqresmenlərinin Ukraynaya Vaşinqton tərəfindən ötürülən silahlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyə icazə vermək çağırışını Konqresdə gərginlik yaratmaq istəyən çoxlu “qaynar başlar”ın olması kimi qiymətləndirib. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə bu cür ağılsız çağırışların ABŞ-nin münaqişəyə sürüklənməsi təhlükəsini yaratdığını vuğulayıb.

Yeri gəlmişkən, iyun ayında Fransada keçiriləcək D-günü şənliklərinə, sonra isə İtaliyada baş tutacaq G7 toplantısına qatılmağı planlaşıdran Ukrayyna prezidenti Volodomir Zelenski bu yaxınlarda verdiyi müsahibələrdən birində həmin tədbir çərçivəsində Qərbdən böyük hərbi dəstək göstərməsini və NATO-nun Rusiya raketlərini vurmasını xahiş edəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   zərbələr  





Xəbər lenti