Təyyarələr niyə Tibet üzərindən uçmur? - MARAQLI SƏBƏB
Ərazinin fiziki xəritəsinə baxsaq, dərhal Himalay dağlarını görərik. Əlbəttə, təyyarələr olduqca yüksək məsafələrdən uçurlar ,amma üzərindən uçduqları ərazinin coğrafi quruluşu uçuş prosesinə birbaşa təsir edir.
Belə ki, sərnişin təyyarələrinin salonları bütün sərnişinlərin rahat nəfəs almaları üçün təzyiqli hava sistemi ilə təchiz edilib. Olduqca həssas olan bu sistemdə ən kiçik nasazlıq baş verdikdə, dərhal sərnişinlər oksigen maskaları ilə təmin olunmalıdırlar. Lakin bu maskalar 15-20 dəqiqəlik təminat üçün dizayn edilib. Nəzərə alsaq ki, təyyara səfərləri saatlarla davam edir, bu durumda bu maskalar demək olar ki həyati əhəmiyyətini itirir.
Təzyiqli hava sisteminin zədələnməsi zamanı başqa çıxış yolu da mövcuddur. Bu zaman pilotlar təyyarəni dərhal 3 min metrə qədər endirməlidirlər. Tibet ərazisi “dünyanın tavanı” adlandırılır və ərazinin dəniz səviyyəsindən hündürlüyü təxminən 5 min metrdir.
Ərazinin təyyarə uçuşlarına maneəsi bununla bitmir. İki mühərrikli təyyarələrdə bir mühərrik zədələnən zaman digər mühərrikin işə düşməsi üçün də eyni proses təkrarlanır. Yəni, təyyarənin müəyyən məsafəyə qədər endirilməsi lazımdır. Tibetin coğrafi quruluşu bu hündürlük üçün də əlverişsizdir. Ona görə də, heç bir halda Tibet səmasından uçuşlar həyata keçirilmir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: