Vahid xəzinə hesabının sərbəst qalığı 1 milyarda çatıb

   Vahid xəzinə hesabının sərbəst qalığı 1 milyarda çatıb
  23 May 2024    Oxunub:897
Bu il yanvarın 1-nə Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı ötən il yanvarın 1-i ilə müqayisədə 12,8 % çox - 970,735 milyon manat təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçiriləcək iclasında müzakirə ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti