Ermənistan XİN: Sülh mətninin razılaşdırılması istiqamətində işlər davam edir

     Ermənistan XİN:   Sülh mətninin razılaşdırılması istiqamətində işlər davam edir
  23 May 2024    Oxunub:941
“Ermənistan və Azərbaycan mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqlarını saxlayır, lakin sənədin mətninin razılaşdırılması istiqamətində işlər davam edir”.
Bu barədə yerli “24News” portalına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Ermənistan tərəfi münasibətlərin nizamlanması və sülh haqqında saziş imzalamağa və həyata keçirməyə hazırdır. Hələ də bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, vahid mətnə ​​nail olmağın mümkün olacağına ümid var. Hər görüşdə biz hər iki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti