İsveçrənin hava məkanından istifadə məhdudlaşdırılacaq

İsveçrənin hava məkanından istifadə məhdudlaşdırılacaq
  22 May 2024    Oxunub:821
İsveçrə Ukrayna ilə bağlı 15-16 iyun konfransı ilə əlaqədar ölkənin mərkəzi hissəsindəki Byurqenştok bölgəsində hava məkanından istifadəni məhdudlaşdıracaq və təhlükəsizliyin təmin edilməsi üçün 4 minə qədər hərbçidən istifadə ediləcək.
Bu qərarı İsveçrə hökuməti - Federal Şura verib. Qeyd olunub ki, hava məkanında məhdudiyyətlər iyunun 13-ü saat 08:00-dan (Bakı vaxtı ilə 10:00) yerli vaxtla iyunun 17-si saat 20:00-dək (Bakı vaxtı ilə 22:00) qüvvədə olacaq. Ordu kanton polisinə, xüsusən təhlükəsizlik, müşahidə, kəşfiyyat və maddi-texniki təchizat vəzifələrini yerinə yetirməkdə dəstək verəcək.

Öz növbəsində, Kibertəhlükəsizlik üzrə Federal İdarə Konfederasiya və forumun təşkilində iştirak edən kantonların xidmətləri üçün ümumi kommunikasiya platforması yaradacaq. Bu platforma kibertəhlükə ilə bağlı vəziyyətə nəzarət üçün istifadə olunacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti