Azərbaycan və Almaniya hərbi nümayəndələri görüşüblər

Azərbaycan və Almaniya hərbi nümayəndələri görüşüblər
  23 May 2024    Oxunub:814
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən hər iki ölkənin hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Almaniyanın Müştərək Əməliyyat Komandanlığında keçirilən görüşdə Azərbaycan və Almaniyanın BMT missiyalarında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qazanılmış təcrübələr mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Almaniya   görüş  





Xəbər lenti