Sabah paytaxtın iki rayonunda qaz kəsiləcək

Sabah paytaxtın iki rayonunda qaz kəsiləcək
  21 May 2024    Oxunub:1319
Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyinin sınanması məqsədilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İB-dən AzVision.az -a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti